Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda pivə istehsalçısı baş direktor axtarışındadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda pivə istehsalçısı baş direktor axtarışındadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vyaçeslav Maltsev 1 sentyabr 2017-ci ildən Carlsberg Azerbaijan şirkətinin müvəqqəti baş direktoru təyin olunub. 

 

Bu vəzifədə o, bu vəzifədə 1 may 2016-cı ildən Carlsberg Azerbaijan və Carlsberg Kazakhstan şirkətlərinin idarəçiliyini həyata keçirən Viktor Semakı əvəz edəcək.

 

"Şərqi Avropa regionunun hər iki bazarında tam fokusun təmin olunması məqsədi ilə 1 sentyabr 2017-ci ildən “Baltika” şirkətinin “Sibir və Uzaq Şərq” regionunun əməliyyat logistikası divizionu və müştəri servisi üzrə direktoru Vyaçeslav Maltsev müvəqqəti olaraq Carlsberg Group-un Şərqi Avropa üzrə icraçı vitse-prezidenti Yatsek Pastuşkaya birbaşa tabeçilik və Şərqi Avropa regionunun maliyyə məsələləri üzrə vitse-prezidenti Rud Pedersona funksional tabeçiliklə daimi əməkdaş təyin olunana qədər "Carlsberg Azerbaijan" şirkətinin baş direktoru vəzifəsini icra edəcək",- deyə şirkətin məlumatında deyilir.

 

"Carlsberg Azerbaijan" şirkətinin Baş Direktoru vəzifəsinə namizədlərin xarici axtarışı aparılır. Sözügedən təyinat kross-regional qısamüddətli təyinatlar üzrə proqramın bir hissəsidir. Bu vəzifədə V.Maltsev Viktor Semakı əvəz edəcək. V.Semak 1 may 2016-cı ildən "Carlsberg Azerbaijan" və "Carlsberg Kazakhstan" şirkətlərinin idarəçiliyini həyata keçirirdi.

 

V.Maltsev Rusiyanın FMCG şirkətlərində satış sahəsində 18 ildən çox təcrübəsi olan professionaldır. Carlsberg Group-da öz karyerasına 2007-ci ildə “Baltika”nın baş qərargahında qeyri-pivə brendlərinin şatışının inkişafı üzrə milli menecer vəzifəsindən başlayıb. 2015-ci ilin iyul ayında V.Maltsev “Sibir və Uzaq Şərq” regionunun əməliyyat logistikası divizionu və müştəri servisi üzrə direktor təyin olunub. O, “Baltika”dan öncə "Nidan Juices" və "Coca-Cola" şirkətlərində çalışıb.

 

V.Semak "Carlsberg Kazakhstan" şirkətinə idarə etməyə davam edəcək.

 

"Carlsberg Azerbaijan" pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralı yerləşir. Carlsberg Group-un bir hissəsi olan "Балтика" pivə şirkəti zavodu 2008-ci ildə alıb, 2009-cu ilin may ayında isə o, yenidənqurmadan sonra açılıb. Zavodun istehsal gücü – ildə10 mln dekalitrdir. Carlsberg Azerbaijan-ın büdcəyə illik ayırmaları 20 mln. AZN-dən artıqdır, şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği 40 mln. AZN-dən çoxdur. Carlsberg Azerbaijan-ın məhsulu Azərbaycan bazarının 70%-dən çoxunu tutur (2014-cü il). Şirkət Xırdalan®, Tuborg®, Балтика 7®, Балтика 9®, Xırdalan Export®, Kuler®, Əfsanə®, Жигулевское фирменное®, 33 Export® kimi məşhur brendlərin pivələrini buraxır. 2017-ci ilin fevralından Carlsberg Group-a sonrakı inteqrasiya məqsədilə şirkətin adı Carlsberg Azerbaijan-a dəyişdirilib.

 

Carlsberg Group – dünyada pivə brendlərinin və digər içkilərin geniş portfelinə malik ən iri pivə hazırlayan qruplardan biridir. Şirkətin flaqman brendi – Carlsberg – dünyada ən məşhur pivə brendlərindən biridir; "Балтика", "Carlsberg" və "Tuborg" Avropanın ən iri brendlərinin səkkizliyinə daxildir. Carlsberg Group-da 41 000-dən çox adam işləyir. Şirkətin məhsulu dünyanın 150-dən çox bazarında satılır.

18.08.2017 08:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ