Zirədə maşınqayırma zavodu tikilir
"ADO-G Şirkətlər Qrupu" MMC çox şahəli fəaliyyətini daha da genişləndirərək, neft-qaz və dəniz avadanlıqları, iri qabaritli metalkonstruksiyalar istehsalını yaradır.
"Marja" xəbər verir ki, şirkət bu məqsədlə, coğrafi mövqeyinə görə müvafiq olan Zirə qəsəbəsində 6 hektarlıq sahədə beynəlxalq standartlara cavab verən istehsal sahəsinin tikintisi və istismara verilməsi layihəsini təqdim edib.
Layihə, Zirə qəsəbəsində neft-qaz avadanlıqları və dəniz təyinatlı iriqabaritli metalkonstruksiyaların istehsalı üzrə zavodun tikilməsi və istismara verilməsini nəzərdə tutur.
Şirkət rəhbərliyi bu investisiya layihəsi çərçivəsində mütərəqqi texnologiyaların tətbiqi ilə neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iri qabaritli metalkonstruksiyaların Dünya standartlarına uyğun istehsalının qurulmasını, istehsal etdiyi əsas məhsullara Amerika Neft İnstitutunun Monoqrammasının və Premium boru yivlərinə VAM şirkətinin lisenziyasının alınmasını planlaşdırır. Layihə çərçivəsində daxili yollar, platforma və binalar nəzərə alınmaqla, ümumi sahəsi 127920 kv.m olan zavodun tikilməsi və istismara verilməsi nəzərdə tutulur.
Şirkətin saytında bildirilir ki, artıq Zirə qəsəbəsində Neft Maşınqayırması zavodu və iri qabaritli metal konstruksiya zavodunun tikintisi üzrə ilkin işlərə başlanıb.
Əsası 1998-ci ildə qoyulan ADO-G Şirkətlər qrupu Azərbaycan Respublikasında fəaliyyət göstərən, Respublikada həmçinin xaricdə keçirilən bir çox layihələrdə, tenderlərdə,təchizat və quraşdırma,neft-mədən avadanlıqlarının layihələndirilməsi, istehsalı və quraşdırılması işlərindəiştirak edərək müvəffəqiyyət qazanan Azərbaycanın ən qabaqcıl özəl şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
4 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
7 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
7 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl