Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR prezidenti Sumqayıtda olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR prezidenti Sumqayıtda olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıt şəhərində olub, “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub.

 
 
SOCAR-dan verilən məlumata görə, SOCAR prezidentinə məlumat verilmişdir ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq. 40 gün davam edəcək əsaslı təmir zamanı icra olunacaq tədbirlər planı SOCAR prezidentinə təqdim olunub, görüləcək işlərin təsnifatı müzakirə edilib.


 
Bildirilib ki, “Etilen-polietilen” zavodunda “TECHNİP İTALY S.p.A.” şirkəti tərəfindən icrasına start verilib və 2019-cu ilə qədər mərhələli şəkildə həyata keçiriləcək layihələr çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular və yardımçı sahələr inşa olunacaq, bununla da müəssisənin istehsal gücü artırılacaq, “SOCAR-Polimer” layihəsi çərçivəsində Sumqayıt Kimya Sənaye parkında tikilən Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, nəticə etibarilə də ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı gücləndiriləcək. Eyni zamanda texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.


 
Sonra SOCAR prezidenti şirkətin balansında olan “Kimyaçı” Mədəniyyət Sarayına gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini verib.

18.08.2017 11:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ