Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“PAŞA Həyat”dan yeni məhsul

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat”dan yeni məhsul

Azərbaycanda təhsilin inkişafına dəstək məqsədi ilə “PAŞA Həyat” şirkəti bu gündən etibarən “Davamlı təhsil” adlı yeni məhsulunun satışına başlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya verilən məlumata görə, “Davamlı təhsil” məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün hazırlanmış xüsusi bir məhsuldur.

 

Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin istənilən səbəbdən ölümü və valideynlərdən birinin bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.

 

Məhsulun şərtlərinə əsasən, məhsul üzrə minumum sığorta məbləği 5000 AZN, maksimum isə 100.000 AZN müəyyənləşib. Sığorta məbləğinə təhsil haqqının qalan hissəsi və müddətli həyat sığortası daxildir.

 

Valideynlər sığorta müqaviləsini minimum 3 il və ya daha çox müddətə bağlamaqla sığorta haqqı məbləğini birdəfəlik və ya illik bərabər hissələrə bölməklə onlayn şəkildə (e-pul.az, izim.az, kassam.az saytlarında) və ya tərəfdaş bankların filialları vasitəsi ilə də ödəyə bilərlər.

 

Sığorta hadisəsi baş verdikdə isə hər iki faydalanan şəxsə sığorta ödənişi birdəfəlik verilir. Həmçinin tələbə təhsilini dayandırdığı halda təhsil müəssisəsində istifadə olunmamış illərə görə təhsil haqqı “PAŞA Həyat” tərəfindən müştəriyə geri qaytarılır.

 

Qeyd edək ki, müştərilər bu linkə http://pasha-life.az/calculators?lang=az daxil olmaqla məhsul üzrə sığorta haqqı məbləğini hesablaya bilərlər.

 

Valideynlər məhsul haqqında ətraflı məlumat əldə etmələri üçün (012) 942 qısa nömrəsinə zəng edə bilərlər.

18.08.2017 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ