Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dəyəri 33 milyondan çox olan 33 layihə - Binaların təməli qoyulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəyəri 33 milyondan çox olan 33 layihə - Binaların təməli qoyulur

Artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Bu barədə "Marja"ya İqtisadiyyat Nazirliyindən bildirilib.

 

Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana tikilib, lazımı şərait yaradılıb. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçinin cəlb olunması nəzərdə tutulur ki, bunların əksəriyyəti yerli sakinlər olacaqdır.

 

1-ci mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 m2 olan 3 istehsalat korpusu, sahəsi 1251 m2 olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaqdır.

 

Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

 

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

18.08.2017 14:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ