Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ-da hökumətin bağlanması ehtimalı 50%-ə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da hökumətin bağlanması ehtimalı 50%-ə yüksəlib

Amerikanın maliyyə nəhəngi "Goldman Sachs", ölkədə federal hökumətin büdcə böhranı səbəbindən müvəqqəti "bağlanması" ehtimalının, Prezident Donald Trumpa  dəstəyin azalmasına bağlı olaraq 50%-ə yüksəldiyini bildirib.


 
"Marja" xəbər verir ki, "Goldman Sachs"ın yaydığı hesabata görə, Amerika federal hökumətinin 2018-ci maliyyə ilinin başlanmasının ardındn müvəqqəti bağlanması ehtimalı 50%-ə yüksəlib.

Reklam_3_11


 
Hesabatda, Trumpa dəstəyin ötən həftə sonu Virciniyada baş verən hadisələrdə irqçi qrupların günahkar hesab edilməməsi səbəbindən azaldığı və bunun hakimiyyətin builki proqramına mənfi təsir göstərəcəyi xəbərdarlığı edilib.
 
Hesabatda "Trumpa  dəstək nisbəti, əvvəlki heç bir prezidentin ilk ilində görmədiyi səviyyələrə geriləyib və düşməyə davam edir", -ifadəsi istifadə edilib.

 

VERGİ İSLAHATLARI DA RİSKDƏDİR


 
Hesabatda, ölkədə baş verən siyasi təlatümlərin, Trumpın ən əhəmiyyətli seçki vədlərindən biri olan vergi islahatına yönələn riskləri də artırdığı iddia edilib.


 
Ağ Ev və Respublikaçılar Partiyasının bu ana qədər vergi islahatı üzrə çox iş görmədyi qeyd edilən hesabatda, "oktyabr ayına qədər irəliləyiş təmin olunmasa, vergi islahatının həyata keçirilməsinin təhlükəyə girəcəyi" proqnozu verilib.


 
Federal maliyyə ilinin 1 Oktyabrında başlayıb 30 Sentyabrda sona çatdığı ABŞ-da, 2018 maliyyə ili büdcəsi 30 Sentyabra qədər təsdiq edilməsə, federal qurumlar 1 Oktyabrdan etibarən maliyyə çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.


 
Büdcə böhranları, bu günə qədər federal hökumətin sonuncu dəfə 2013-də olmaqla   cəmi 12 dəfə bağlanmasına səbəb olub.


 
24 MİLYARD DOLLARA BAŞA GƏLMİŞDİ


 
Büdcə üzərində razılığa gəlinməməsinə görə, 1-17 Oktyabr 2013 tarixlərində fəaliyyətlərinə fasilə vermək məcburiyyətində qalan federal təşkilatlarda çalışan təxminən 800 min dövlət işçisi 16 gün ərzində işlərinə getmədi, minlərlə nəzarətçi, polis və sərhəd nəzarət məmuru pul almadan çalışmışdı.


 
Ölkə iqtisadiyyatına 24 milyard dollara başa gəldiyi güman edilən proses, Demokratlar və Respublikaçıların razılığa gəlmələrindən sonra 17 Oktyabrda başa çatmışdı.

 

HÖKUMƏTİN BAĞLANMASI NƏDİR?

 

"Hökumətin bağlanması" bütün dövlət xidmətlərinin dayanması deməkdir. Bu hal, hökumətin növbəti il üçün büdcə proqramının təsdiq edilməməsi ilə əlaqədar yaranır. Belə ki, hökumət müəyyən olunmuş müddətə qədər dövlət büdcəsini, müdafiə xərclərini, maksimal borc limitini təsdiq etməlidir. Əgər bunlar təsdiq olunmasa, konstitusiya hökuməti n "bağlanama"sını (government shutdown) tələb edir.

 

Bu zaman ilk öncə bəzi dövlət xidmətləri dayandırılır, əgər həll yolu tapılmazsa bütün dövlət xidmətlərinin dayanacaqdır. 

19.08.2017 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ