Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Günəş tutulmasında iqtisadiyyat da tutulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Günəş tutulmasında iqtisadiyyat da tutulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bazar ertəsi günü Şimali Amerikada təxminən 100 il sonra izlənəcək ilk tam günəş tutulması tarixin ən bahalı tutulması ola bilər.


 
"Marja" xəbər verir ki, "Challenger Grey & Christmas" adlı bir analiz şirkətinin ABŞ İşçi Qüvvəsi Statistik Məlumatlarını əsas götürərək apardığı araşdırmaya görə, ölkədəki 123 milyon işçinin 87 milyonu tutulma əsnasında işdə olacaqdır. Proqnozlara görə, sözügedən personal günəş tutulmasını müşahidə etmək üçün 20 dəqiqələrini ayıracaqlar.


 
Orta hesabla saatlıq maaşın 23.86 dollar olduğu nəzərə alınmaqla təqdim edilən məlumatlara görə, 20 dəqiqəlik bu fasilə sahibkarlara və dövlətə adambaşına 7.95 dollara başa gələcək. 87 milyon işçinin ümumi məhsuldarlıq itkisi isə 694 milyon dollara çatacaq. Hesablamalar təxmini olsa da, ABŞ-da populyar günlərdə də məhsuldarlıq itkisi baş verir.


 
Mart çılğınlığı adı verilən NCAA Basketbol Finalları əsnasında iş yerlərinin məhsuldarlıq itkisi 2 milyard dollara çatır. Amerika futbol liqası (NFL) çempionat matçı olan "SuperBowl" da oxşar təsirə malikdir. Belə ki, bir çox şirkət belə günlərdə şəxsi heyətinə 1 günlük icazə verir.


 
Digər tərəfdən, günəş tutulmasının tam olaraq izlənə bilinəcəyi Nashville, Cənubi Karolina və Oreqonda turist axını və ciddi gəlir də gözləntilər arasındadır.


 
75 min nəfərin gəlməsi gözlənilən Nashville-də tutulma günündə 15-20 milyon dollarlıq turizm gəliri  gözlənilir. Eyni şəkildə Cənubi Karolina 43 milyon dollar gəlir gözləyir. Salem, Oreqon gəlir açıqlamasa da rəsmilərin 300 - 500 min arası turistin  bölgəyə axın edəcəyini gözləyir.


 
 ABŞ-da növbəti günəş tutulması 14 Oktyabr 2023-cü il tarixində izlənəcək.

19.08.2017 12:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ