Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda kommersiya obyektlərinin icarə haqqı qalxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda kommersiya obyektlərinin icarə haqqı qalxıb

Əmlak bazarına icarə məqsədi ilə təklif olunan kommersiya obyektlərinin orta icarə qiymətləri 2017-ci ilin II rübü üzrə 7.83 dollar/kv.m qeydə alınıb ki, bu da öz növbəsində 2017-ci ilin I rübü ilə müqayisədə 1.66% artıb. “Marja” xəbər verir ki, “MBA Group” konsaltinq şirkətindən bildirilib.

 

Reklam_3_11

Son rüb ərzində kommersiya obyektlərinin seqmentləri arasında ən çox icarə qiymət dəyişikliyinə “zirzəmi” təyinatlı obyektlər məruz qalıb.

 

Bu seqment üzrə 1 kv.m-in orta qiyməti 3.54% artaraq 3.39 dollar/kv.m təşkil edib.

 

 Digər seqmentlərə gəldikdə isə “xidmət” təyinatlı obyektlərdə icarə qiymətləri 2.63% artaraq 6.47 dollar/kv.m, “ofis” təyinatlı obyektlərdə qiymətlər 2.81% artaraq 6.75 dollar/kv.m, “sənaye” təyinatlı obyektlərdə qiymətlər 2.22% artaraq 4.5 dollar/kv.m, “boş yer” və “mağaza” təyinatlı obyektlərdə isə icarə qiymətləri müvafiq olaraq 1.52% və 0.50% artaraq ayrı-ayrılıqda 7.87 dollar/kv.m və 18.02 dollar/kv.m bəndində qərarlaşıb.

 

Yerləşməsindən, sahəsinin ölçüsündən və təmirliyindən asılı olaraq ən baha qiymətə icarəyə təklif olunan “ofis” təyinatlı obyektlər əsasən Bakı şəhərinin Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarında qeydə alınmışdır. Bu rayonlarda ofislərin 1 kv.m-nin icarə qiymətləri müvafiq olaraq 8.7 dollar/kv.m, 6.9 dollar/kv.m, 7.3 dollar/kv.m və 6.9 dollar/kv.m təşkil edib. Nisbətən ucuz ofislər isə Nizami və Xətai rayonlarında qeydə alınıb, hər iki rayon üzrə 5.2 dollar/kv.m.

 

Şəhər üzrə bahalı mağaza təyinatlı yerlər ofis təyinatlı yerlərdə olduğu kimi Səbail və Nəsimi rayonlarında yerləşir, müvafiq olaraq 20.4 dollar/kv.m 17.1 dollar/kv.m. Nisbətən ucuz qiymətə olan mağazalar isə Yasamal və Nərimanov rayonlarında qeydə alınıb, hər bir kvadrat metrinə görə müvafiq olaraq 16.3dollar/kv.m və 16.2dollar/kv.m. Xidmət və boş yer (bu tip obyektlərin təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər) təyinatlı kommersiya sahələrinə gəldikdə isə ən bahalılar Səbail və Nəsimi rayonlarında, ən ucuzları isə Abşeron, Xəzər və Qaradağ rayonlarında yerləşir.

21.08.2017 07:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ