Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Girov qoyulmuş şərab istehsalı müəssisəsi satıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Girov qoyulmuş şərab istehsalı müəssisəsi satıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini satıb.


Bu barədə BOKT-dan bildirilib.


Məlumata görə, söhbət Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsindən ("Fireland Vineyards" əmlak kompleksi) gedir. Bununla belə, “Aqrarkredit” müəssisənin kimə və neçəyə satıldığını açıqlamayıb.


BOKT digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Fındıq Emalı” zavodu, Binəqədi şosesindəki “BOT” ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsidir. 

 

© Report

21.08.2017 08:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ