Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold” 1 milyon manatlıq müqavilələr imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” 1 milyon manatlıq müqavilələr imzalayıb

“AzerGold” QSC “Bestcomp Group IT” şirkəti ilə informasiya texnologiyalarının (İT) alışına dair müqavilə imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

Reklam_3_11

“Avqustun 9-da “AzerGold” “Bestcomp Group” ilə kompyuter və kompyuter avadanlığının tədarükünə dair müqavilə imzalayıb”, - nazirlikdən qeyd ediblər.

 

Müqavilənin dəyəri 211 min 570,46 manatdır.

 

Həmçinin Çovdar filiz emalı sahəsinin (ÇFES) cari təmir və abadlaşdırılması 592,7 min manata başa gələcək. Bu işləri "Zoom" şirkəti görəcək.

 

ÇFES üçün ehtiyat hissələri və mal alınmasına 196,4 min manat ayrılıb. Bu tədarükü "Yasil-Vadi RMP" MMC həyata keçirəcək.

 

“AzerGold” QSC Azərbaycan prezidenti İlham Əliyevin 11 fevral 2015-c il tarixli fərmanına əsasən yaradılıb.

 

Şirkət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasını həyata keçirir.

 

© “İnterfaks-Azərbaycan”, Contact

21.08.2017 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ