Sığortaya 717 min manat xərcləyəcək -müqavilələr imzalanıb

"Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının sığortalanmasına 717 min manat xərcləyəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 

“Şirkət "PAŞA Sığorta" ASC ilə 599,44 min manat məbləğində traktor və özüyeriyənkənd texnikası, “Qala Sığorta” şirkəti ilə 117,59 min manat həcmində pambıqyığan kombaynların sığortalanmasına dair müqavilələr imzalayıb”, - nazirlikdən bildiriblər.

 

Şirkət iyul ayında sığortaçı seçimi üçün tender keçirib, avqustda müqavilələr imzalayıb.

 

"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir. 

 

© “İnterfaks-Azərbaycan” 

21 Avqust 2017 , 12:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin