Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çinin avtomobil nəhəngi Fiat-ı ala bilər - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin avtomobil nəhəngi Fiat-ı ala bilər - AÇIQLAMA

Çinin avtomobil istehsalçısı "Great Wall", "Fiat Chrysler" ilə maraqlanır. "Great Wall Motors"un mətbuat xidmətindən bir əməkdaş  "Reuters"ə verdiyi açıqlamada iddiaları təsdiqləyib.



 
 Çinin avtomobil istehsalçısı "Great Wall Motor Co"dan bir səlahiyyətli, şirkətin "Fiat Chrysler Automobiles"ə (FCA) ortaq olmaqla maraqlandıqlarını bildirib.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, "Automotive News" adlı mətbu orqanında keçən həftə yer alan bir xəbərdən bu yana Fiat-ı çinlilərin satın almaq istədiyinə dair müzakirələr aparılır.


 
Xəbərdə "tanınmış bi Çin istehsalçısının" bu ayın əvvəllərində Fiat-ı satın almaq təklifi verdiyi qeyd edilmiş, xəbərdən sonra Fiat-ın səhmləri kəskin qalxmışdı.
 


"Great Wall Motors"un mətbuat xidmətindən adının açıqlanmamasını istəyən bir səlahiyyətli, "Reuters"ə telefonla məlumat verərək, "Bu məsələ ilə bağlı olaraq, hazırda satın alma niyyətimiz var. Məşğul oluruq (FCA ilə)" deyib. Səlahiyyətli təfərrüat verməyib.


 
Dünyanın yeddinci böyük avtomobil istehsalçısı olan FCA-nın İcraçı direktoru Sergio Marchionne, artan xərclər səbəbindən və elektrikli vasitə inkişaf etdirmək üçün ortaq və ya şirkəti tamamilə alacaq bir investor axtardıqlarını bildirmişdi.

21.08.2017 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ