Ən yuxarı (mobil)-2_30

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident icra başçısı ilə bağlı sərəncam verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan Respublikası Prezidenti  V.F.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vilyam Fəhralı oğlu Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olmuşdur.

 

1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.

 

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Əmək fəaliyyəti:

 

- 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.


- 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri;


-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini;


-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.


-07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı;


-14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.

21.08.2017 13:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ