Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Maşınqayırmanın inkişafına dair 12 milyonluq layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maşınqayırmanın inkişafına dair 12 milyonluq layihə

Bünyad Sərdarov adına Maşınqayırma Zavodu Azərbaycanda maşınqayırmanın inkişafına dair yeni investisiya layihəsi hazırlayır. Bu barədə hökumətdən bildiriblər.

 

“Layihəni B.Sərdarov adına Maşınqayırma Zavodunun ərazisində reallaşdırmaq nəzərdə tutulur. Layihənin məqsədi zavodun buraxdığı məhsulların keyfiyyətinin və müəssisənin özünün rəqabətə davamlılığının artırılmasıdır. Bununla əlaqədar layihə çərçivsində zavodun istehsal sahələrinin təmiri, müasir avadanlığın alışı və istehsalat sahəsində əsas məhsul növləri üçün Amerika Neft İnstitutunun (API) müvafiq monoqramlarının əldə olunması nəzərdə tutulur”, - hökumətdən bildiriblər.

 

Layihənin ümumi dəyəri 12 mln. manat məbləğində qiymətləndirilir. Bunun 2 mln. manatı - fərdi vəsait, 10 mln. manatı kredit vəsaitidir.

 

Layihə 5 il müddətinə reallaşdırılacaq, özünü ödəmə müddəti 4,7 ildir.

 

“Bu investisiya layihəsinin reallaşdırılması yerli maşınqayırmanın inkişafı, daxili və xarici bazarların yüksək keyfiyyətli meft maşınları ilə təminatı və Azərbaycanın ixrac potensialının artmasına imkan yaradacaq”, - hökumətdən qeyd ediblər. 

 

© “İnterfaks-Azərbaycan”  

21.08.2017 13:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ