Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

İsveçrədə "böcəkburger" satışda

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsveçrədə "böcəkburger" satışda

İsveçrədə zülal baxımından zəngin un qurdu ehtiva edən kotlet satışına başlanıb.


 
"Marja" xəbər verir ki, İsveçrənin ikinci böyük supermarket şəbəkəsi "Bazel"  Bern, Cenevrə, Lozanna, Lugano, Sürix və Winterthur şəhərlərindəki şöbələrində "böcəkburger"lərin satışına başlayıb.

Reklam_3_11


 
Uzaq şərqdə məşhur olan və dünyada 2 milyard insanın istehlak etdiyi təxmin edilən böcəklərin insanlara  satışına icazə verən ilk Avropa ölkəsi İsveçrə olub.


 
Supermarketin rəsmisindən alınmış məlumata görə, satışa təqdim edildiyi ilk gün müştərilərin çox maraq göstərmədiyi böcəkburgerdən yalnız bir neçə ədəd satılıb.


 
 Keçən il mayda dəyişdirilən qanunla İsveçrədə daha əvvəl yalnız heyvanları bəsləmək üçün istifadə edilən un qurdu, çəyirtkə və cırcır qurdunun insanlar tərəfindən istehlakına icazə verilmişdi.

21.08.2017 19:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ