Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Pul çox, seçim az - banklarda pullar “yatır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pul çox, seçim az  - banklarda pullar “yatır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kreditlərə tələb aşağı düşdüyündən, sərmayə üçün alətlər az olduğundan banklarda böyük likvidlik yaranıb. Kredit təşkilatları vəsaitlərini yerləşdirməkdə çətinlik çəkirlər.

 

“Marja” xəbər verir ki, gəlirlilik aşağı düşsə də banklar depozit və notların yerləşdirilməsi hərraclarına böyük məbləğlər ilə qatılırlar. Səbəb, yığılmış vəsaitləri bir neçə günlük də olsa yerləşdirib bir qədər gəlir əldə etməkdir.

 

Məsələn, 16 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın 200 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac zamanı toplanmış sifarişlərin ümumi məbləği  541,7 milyon manat təşkil edib. Bu, bütün qiymətli kağızlar üzrə bu günədək müşahidə olunmuş ən yüksək həddir (rekord).

 

21.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649,8 milyon manat təşkil etmişdir.

 

Təkcə son 2 hərracda toplanmış sifarişlər 1 milyard 200 milyon manata çatır. Mərkəzi Bank bildirir ki, keçirilən depozit və notların yerləşdirilməsi hərraclarında tələbin təklifi üstələməsi bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir.

 

Sərmayə üçün alternativ investisiya alətlərinin seçimi çox azdır. Mərkəzi Bankın depozit hərracları, notları və dövlət istiqrazlarından başqa demək olar ki, alət yoxdur. Ölkə xaricindəki alətlərə də investisiya etmək Azərbaycan bankları üçün sərfəsizdir.

 

Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar ilə izafi pul təklifinin bir hissəsi sterilizasiyası edilsə də, bu daimi ola bilməz.  Tezliklə bu vəsaitlər real sektorun inkişafına xidmət etməlidir.  

 

Əgər banklar kredit vermirsə, bu, bankların gəlirlərinin və mənfəətlərinin də aşağı düşəcəyi deməkdir. Mövcud vəziyyət bankların gələcək inkişafını da təhlükəyə qoyur.

22.08.2017 07:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ