Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yumurta böhranı sürətlə böyüyür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yumurta böhranı sürətlə böyüyür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropanın bəzi ölkələrində bu ayın əvvəlində aşkar edilən fipronilli yumurta böhranı İtaliyaya da sıçrayıb. Fipronil insan üçün təhlükəli böcək dərmanıdır.


 
"Marja" xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyindən verilən açıqlamada, böhranın ortaya çıxdığı andan etibarən ölkə daxilində toplanan 114 nümunədən 2-sində fipronil təsbit edildiyi bildirilib.


 
İstehlakçı Hüquqları Dərnəyi "Coldirett"i isə, nazirlikdən, fipronil bulaşan məhsulları və onları tədarük edən firmaların adlarını tezliklə ictimaiyyətə açıqlanmasını tələb edib.


 
Avropada Hollandiya, Fransa, Almaniya və Belçikada yumurtalarda fipronil müəyyən edilməsinin ardından baş verən böhran, ixracata görə, Asiyada bəzi ölkələr daxil olmaqla 19 ölkəyə yayılıb.


 
Milyonlarla yumurta məhv edilib


 
Sürətlə böyüyən yumurta böhranı nəticəsində milyonlarla yumurta supermarket rəfləri və anbarlardan götürülərək məhv edilib. Avropa miqyasında isə 150 ferma müvəqqəti olaraq bağlanılıb.


 
Fipronilin, xüsusən toyuq sektorunda bit, gənə və həşəratların məhv edilməsi üçün istifadə edilən böcək dərmanı olmasına baxmayaraq, Avropa Birliyində insan istehlakı üçün yetişdirilən toyuqların saxlandığı fermalarda istifadə edilməsi qadağandır.


 
Dünya Səhiyyə Təşkilatı, fipronilin "orta səviyyədə zərərli maddə" olduğunu, çox istehlak edilməsi halında böyrək, ciyər və qalxanabənzər vəzə zərər verəcəyini bildirir.

22.08.2017 06:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ