Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

 OPEC+ ölkələrinin neft hasilatının azaldılması anlaşmasına əməl edilməsi üzrə monitorinq keçirən təşkilatın Texniki Komitəsi bu qənaətə gəlib ki, iyul ayında öhdəliklərə 94% riayət edilib. 


"Bloomberg" agentliyi xəbər verir ki, bu barədə Texniki Komitənin dünən Vyanada keçirilən iclasında bildirilib.

 
Qeyd edək ki, iyun ayında analoji göstərici 98% təşkil edib. Öhdəliklərə əməletmə göstəricisinin azalması neft bazarına mənfi təsir edib və qiymətlər 2%-ə yaxin ucuzlaşıb. Belə ki, dünən 52,8 dollar/barel təşkil edən "Brent" markalı neftin qiyməti hazırda 51,80 dollar/barelə bərabərdir.


Xatırladaq ki, anlaşmaya nəzarət üzrə nazirlərin monitorinq qrupu 2 ayda bir dəfə toplaşır. Bu qrupa Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir. Anlaşmaya həmçinin Nazirlər Komitəsindən olan ekspertlərin daxil olduğu Texniki Komitə nəzarət edir və bu qrup ayda bir dəfə iclas keçirir. Bu iclaslarda OPEC-in baş katibi Məhəmməd Barkindo da iştirak edir.

 

© Report

22.08.2017 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ