Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Şahdağ”a rekord sayda turist gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”a rekord sayda turist gəlib

Bu mövsüm “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb. 

 

Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, bayram günləri ərəfəsində 20.000-dən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub.

 

“Şahdağ” Turizm Mərkəzində keçirilən bu ilki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilib, təntənəli yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.

 

 “Şahdağ” Turizm Mərkəzində Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulub, əxlaqi-tərbiyəvi mesajlar verilib. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olub, aktyorların çıxışları alqışlarla müşayiət edilib.

05.01.2017 14:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ