Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABA: Hərrac Mərkəzində valyuta hərraclarının keçirilməsi planlaşdırılmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABA: Hərrac Mərkəzində valyuta hərraclarının keçirilməsi planlaşdırılmır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan “Hərrac Mərkəzi” MMC-ni dövlət qeydiyyatına alınıb və bu yaxınlarda fəaliyyətə başlaması planlaşdırılır.

 

Reklam_3_11

ABA bildirir ki, Hərrac Mərkəzinin əsas məqsədi məhkəmə qaydasında və məhkəmə qaydasından kənar ipoteka və digər tip öhdəliklər üzrə girovda olan daşınmaz əmlakların reallaşdırılmasını həyata keçirməkdir. Başqa sözlə, bu mərkəz girovların satılması üçün yaradılmış bir platfomadır.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov qoyula bilər.

 

Bundan əlavə Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

22.08.2017 09:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ