Ən yuxarı statik reklam_3

"Reytinq ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Reytinq ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır"

 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

Onun sözlərinə görə, telekanalların reklam probleminin həlli ölkədəki iqtisadi inkişafla bağlı məsələdir:

 

“ Ancaq bizim də üzərində çalışdığımız müəyyən layihələr var. Reytinq ölçən təşkilatların fəaliyyətindəki qeyri-şəffaflıq, qeyri-sağlam münasibətlər bizi narahat edir. Çünki həmin reytinq ölçən təşkilatlar daha çox şou-bizneslə bağlı verilişlərə üstünlük verir, daim onları reytinqli göstərirlər. Bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır. Axı onların işi necə apardıqlarını heç kəs bilmir. Adi bir otaqda oturmaqla özləri də bu məlumatları çox asanlıqla verə bilərlər. Heç kəs onları yoxlamır, fəaliyyətlərinə nəzarət etmir, hansı insanlar arasında sorğuların keçirildiyi bilinmir”. 

 

Nuşirəvan Məhərrəmli qeyd edib ki, bununla bağlı müəyyən işlər görülür və gələcəyə hesablanmış planlar var:

 

“Azərbaycanda AGB (Nielsen Media Research) adlı təşkilat reytinq ölçürdü. Rəqəmsal yayıma keçdikdən sonra bu iş arxa plana keçib. Onlar az vəsait qoymaqla böyük gəlir əldə etməyə çalışırlar. Bu da doğru deyil. Onlar rəqəmsal yayıma keçdikdən sonra piplmetrlərin sayını artırmalıdırlar. Bakı şəhərində əvvəlki illərdə 200, ölkənin digər rayonlarında da 200 piplmetrlə reytinq ölçürdülər. Bununla da reklamı bölüşdürürdülər. Amma rəqəmsal yayıma keçdikdən sonra bu proses tamamilə azaldı, çünki onlar analoq yayım üzrə ölçmə işini aparırdılar. İndi rəqəmsal yayım yalnız kabel şəbəkələri üzərindən həyata keçirilir. Kabel şəbəkələri da bütün ölkəni əhatə etmir. Yalnız Bakı şəhərində, Sumqayıt və Gəncədə var. Ona görə də bunların reytinq ölçmələrində problemlər mövcuddur. Bu problemləri görürük və bununla bağlı müraciətlərimiz var.

 

Təəssüf ki, AGB təşkilatı Azərbaycanda öz üzərinə düşən məsuliyyəti dərk etmir və lazımi investisiyanı qoymaq istəmir. Bu işi Azərbaycanın öz sərmayəsi ilə görmək istəyirlər.

 

Ümumiyyətlə, bu cür təşkilatlar yalnız bizdə deyil, başqa ölkələrdə də böyük problemlər yaradıblar. Ona görə də tez-tez həmin təşkilatları dəyişirlər. Biz də çalışacağıq ki, bu sahədə müsbət istiqamətdə müəyyən dəyişikliklər olsun”.

 

© Report

22.08.2017 12:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ