Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıda teraslı mənzillər - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda teraslı mənzillər - QİYMƏTLƏR

Bakıda standard dizaynda inşa edilən binalar çoxdur. Lakin Bakının Bakıxanov qəsəbəsində yeni tikintisinə başlanmış 23 mərtəbəli yaşayış kompleksi fərqlidir. Belə ki, bina zövqlü dizaynı ilə diqqəti çəkir, 12-ci mərtəbədən başlayaraq hər bir mənzilin terası var.

 

Reklam_3_11

“Marja” xəbər verir ki,  “Park Group” şirkəti “Teras Park” yaşayış kompleksinin tikintisinə və mənzillərin satışına başlayıb.

 

Kompleks Bakıxanov qəsəbəsinin mərkəzində, Sakit Qocayev 35 ünvanında (“Aygün Mall” tcarət mərkəzinin yaxınlığında) tikilir. Neftçilər metro stansiyasından kompleksə ictimai nəqliyyat ilə 10-15 dəqiqəyə, şəxsi nəqliyyat vasitəsilə isə 5 dəqiqəyə gəlmək mümkündür.

 

Şirkətdən bildirilib ki, bina 30 ay müddətinə təhvil veriləcək.

 

Şirkət bu günlərdə mənzillərin satışına da başlayıb. Alıcılara 1 otaqlıdan 6 otaqlıyadək mənzillər təklif olunur.

 

Qiymətlər 850 manatdan başlayır. Lakin  bu qiymət  aşağı mərtəbələrə aiddir. Yuxarı qalxdıqca qiymətlər də qalxır. Belə ki, 1 kvadrat metrin qiyməti 2-4-cü mərtəbələrdə 850 manat, 5-8-ci mərtəbələrdə 930 manat, 9-23-cü mərtəbələr də 1020 manat təşkil edir. Bu qiymətlər nəğd ödənişə aiddir. Əgər mənzil kreditlə əldə edilərsə nağd qiymətlərin üzərinə 100 manat əlavə olunur. Kredit şərtlərinə görə, ilkin ödəniş minimum 40%, maksimal kredit müddəti 30 aydır.

 

Məsələn, “Teras Park”da 49 kv.m 1 otaqlı təmirsiz mənzil nağd 45 570 manata, kreditlə 50 470 manata təklif olunur. Kreditlə alış zamanı ilkin ödəniş 20 188 manat, aylıq ödəniş 1 009 manat təşkil edəcəkdir.

 

160 kv.m 4 otaqlı təmirsiz mənzil nağd 163 200 manata, kreditlə 179 200 manata, 126 kv.m. 3 otaqlı təmirsiz mənzil nəğd 117 180 manata, kreditlə 129 780 manata, 75 kv.m. 2 otaqlı təmirsiz mənzil nəğd  69 750 manata, kreditlə 77 250 manata təklif olunur.

 

Qeyd edək ki, 850 -1020 manat civarında olan qiymətlər Bakının digər əraziləri ilə müqayisədə münasibdir.

 

Yaxın günlərdə ipoteka şərtləri ilə də mənzil almaq mümkün olacaqdır.

22.08.2017 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ