Mobil manşet üstü reklam_21

Dünya nəhəngi “Jeep” əl dəyişdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya nəhəngi “Jeep” əl dəyişdirir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin avtomobil istehsalçısı "Great Wall", "Fiat Chrysler Automobiles" (FCA) ilə "Jeep" üçün danışıqlar aparır. “Marja” xəbər verir ki, Çin şirkəti məqsədin, "Jeep" brendi ilə birlikdə qlobal bazarlara daha sürətli giriş etmək olduğunu vurğulayıb.

 

"Great Wall", "Jeep" ilə bərabər FCA-nın kommersiya avtomobilləri markası "Ram" ilə də maraqlanır. Ancaq "Great Wall"ın əsl hədəfinin "Jeep"i almaqla 2020-ci ilə qədər "dünyanın ən böyük SUV istehsalçısı" olmaqdır.

 

 Çinin ən böyük SUV istehsalçılarından olan "Great Wall"  keçən il 1.1 milyon ədəd avtomobil satmışdır. "Jeep" markasının həmin dövrdəki satışları isə 1.4 milyon ədəd təşkil edib.

 

"Fiat Chrysler"in İcraçı direktoru Sergio Marchionne, FCA-nın ortaqlıqlara və təkliflərə açıq olduğunu bildirmiş və rəqabətin intensivləşdiyi bu dövrdə tək başına ayaqda qalmalarının çox çətin olduğunu,  araşdırma və marketinq xərcləri səbəbilə böyük bir tərəfdaşa ehtiyac duyduqlarını ifadə etmişdi. 

 

Çinli istehsalçılar, dünya bazarlarına daha geniş və rahat çıxmaq üçün qlobal oyunçuları satın almağa üstünlük verirlər. Belə ki, 2010-ci ildə "Geely"  "Volvo Cars"ı satın almış, sonra da Malayziyanın "Proton" və İngiltərənin "Lotus" şirkətilə orta olmuşdu.

 

2011-ci ildə də "Dongfeng Motor Group", Fransız PSA-nın 14%-ni satın almışdı.

 

BİR ƏFSANƏYƏ ÇEVRİLİB

 

 2-ci Dünya Müharibəsi zamanı "doğulan" və Amerika ordusunun tələb etdiyi vasitələrlə istehsala başlayan "Jeep"in macərası 1941-ci ildəı başlayıb. Əldə etdiyi global uğurla bu gün "Fiat Chrysler" Qrupunun ən mühüm markası olan və marka adı ilə sanki bir əfsanəyə çevrilən "Jeep"in bazar dəyərinin təxminən 25 milyard dollar olduğu təxmin edilir.

22.08.2017 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ