Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məşhur markanın uşaq məhsulları xərçəngə səbəb olur - MƏHKƏMƏDƏN QƏRAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur markanın uşaq məhsulları xərçəngə səbəb olur - MƏHKƏMƏDƏN QƏRAR

"Johnson & Johnson" şirkətinin körpə pudrası (kirşanı) məhsullarında xərçəng riski olduğu açıqlandı. 63 yaşlı Eva Echeverria, uzun illər uşaq pudrası istifadə etdikdən sonra yumurtalıq xərçəngi olduğunu iddia edərək məhkəmədə şirkəti udub. Körpə pudrası istehsalçısı "Johnson & Johnson" şirkəti 417 milyon dollar təzminat ödəyəcək.


 

ABŞ-ın "Johnson & Johnson" şirkəti, istehsal etdiyi uşaq pudrasının xərçəngə səbəb olduğu iddiası ilə qaldırılmış məhkəmə işində 417 milyon dollar təzminat ödəməyə məhkum edilib.


 
"Marja" xəbər verir ki,  Los-Anceles Ali Məhkəməsi, şirkətin iddiaçı Eva Echeverria-ya 417 milyon dollar təzminat ödəməsinə qərar verib.


 
Echeverria, 1950-ci ildən 2016-ya qədər istifadə etdiyi pudranın yumurtalıq xərçənginə səbəb olduğunu bildirdikdən sonra cinayət işi açılmışdı.


 
Echeverria, şirkətin, pudranı qadınlar tərəfindən gigiyena məqsədli mütəmadi olaraq istifadə edilməsinin xərçəngə səbəb olacağının fərqində olduğunu bildirib. Buna baxmayaraq şirkət, qadınları, rütubətin və qoxunun qarşısını almaq üçün körpə pudrası istifadə etməyə təşviq edib. 


 
Echeverria-nın vəkilləri, məhkəmə qərarından məmnun olduqlarını bildiriblər.


 
"Johnson & Johnson"dan verilən açıqlamada isə pudranın xərçəngə səbəb olduğuna federal orqanların hökm etdiyini qeyd edərək, "Qərardan şikayət edəcəyik, çünki bizim əsl sübutumuz "Johnson's Baby" pudrasının etibarlı olduğunu dəstəkləyən elmdir"  ifadələrinə yer verilib.


 
"Johnson & Johnson" şirkəti haqqında eyni iddia ilə ABŞ-da başlanmış 4 min 800 məhkəmə işi var. Keçən il Missuri ştatındakı məhkəmə, şirkətin iddiaçılara 300 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.

22.08.2017 13:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ