Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan neftin bahalaşması üçün azı 640 milyon dollardan imtina etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neftin bahalaşması üçün azı 640 milyon dollardan imtina etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiymiz kimi, ötən şənbə günü Vyanada   Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və  kartelə daxil olmayan ölkələrin görüşü keçirilib.  Görüşdə  OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb.

 

2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib. 2014-cü ildə isə hasilat   41,9 milyon ton neft və kondensat olmuşdu.

 

1 ton təxminən 7,3 bareldir (ölkələrə görə cüzi dəyişə bilər. 1 litr 0,88 kq. 1 barel (159 litr)=140 kq).

 

Azərbaycanın gündəlik neft hasilatını azaltması illik hasilatın təxminən 1,7 milyon ton azalmasına və illik 40 milyon tona düşməsinə səbəb ola bilər.

 

Azərbaycan neftinin qiymətinin 50 dollar civarında olmasını nəzərə alsaq hasilatın gündəlik 35 min  barel azaldılması neft gəlirinin gündəlik azı 1,75 milyon dollar, illik isə 640 milyon dollara yaxın azalması səbəb olacaqdır.

11.12.2016 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ