Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə Nazirliyi 45 milyon da borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 45 milyon da borc aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Reklam_3_11

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.0051 AZN (12.8601%) və 96.6452 AZN (7.0000%) olan 22 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8.9999%), orta ölçülmüş qiyməti 95.7845 AZN (8.8749%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 56,866,800.00, yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi – 20 fevral 2019-cu il.

 

Hərrac iştirakçıları 23 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Həmçinin, 22 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104020547 ISIN-li, 25 mln manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 88.1941 AZN (13.4600%) və 93.0588 AZN (7.5000%) olan 11 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.3009 AZN (10.8000%), orta ölçülmüş qiyməti 90.3206 AZN (10.7757%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 66,177,600.00 yerləşdirilmiş həcmi isə 25 mln manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi – 21 avqust 2018-cu il.

 

Hərrac iştirakçıları 23 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

22.08.2017 16:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ