"Azərişıq": Avtomobilə borclu abonent od vurub
"Azərişıq" Lənkəran rayonunda ASC-yə məxsus avtomobilin yandırılmasına aydınlıq gətirib.
"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Marja"ya bildirib ki, “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilib.
"Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına- “Qazel” markalı qaldırıcı krana od vurub.
“Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında “Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil. “Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq-mühafizə orqanlarına təqdim edib”-açıqlamada bildirilir.
XXX 17:10
Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.Məlumata görə, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.
Xəbər saytlarında yer alan məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.
Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
19 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
23 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
23 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl