Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tanınmış ayaqqabı markaları Bakıya gəlir - SƏRGİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış ayaqqabı markaları Bakıya gəlir - SƏRGİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ayaqqabı biznesinin inkişafı üçün fürsət


 

Bakıda ilk dəfə ayaqqabı və dəri malları beynəlxalq sərgisi keçiriləcək.

 

"Marja" xəbər verir ki, sərgi "SHOESSTAR CASPIAN" adı ilə 2017-ci ilin 23-25 sentyabr tarixlərində  Bakı Ekspo Mərkəzində (Heydər Əliyev prospekti, 515) keçiriləcəkdir.

 

Sərgi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilir.

 

Sərgidə 10 ölkədən 30-dan çox əmtəə nişanı olan aparıcı istehsalçılar və distribyutorlar iştirak edəcəkdir.

 

Məqsəd pərakəndə satış sahiblərini və əmtəəşunasları “YAZ-YAY 2018" mövsümü üçün yeni böyüklər üçün kolleksiyalar, uşaq ayaqqabıları və müxtəlif dəri aksesuarları ilə tanış etməkdir.

 

Azərbaycan, Gürcüstan və İran Respublikalarının ayaqqabı sənayeçiləri də bu sərgiyə dəvət edilib.

 

3 gün ərzində Bakı ayaqqabı nümayişinin vitrini olacaq!

 

"Sərgi ayaqqabı istehsalçılarına və distribyutorlarına Azərbaycanın, Gürcüstanın və İranın bu sahədə xüsusiyyətlərini nəzərə almaq, mağaza sahiblərinə isə ölkəni tərk etmədən həm maliyyə həm də vaxt xərclərini münasib etmək və ayaqqabı modasının ən yeni ideyaları ilə tanış olmaq imkanı verir",- sərginin təşkilatçısı bildirib.

 

"SHOESSTAR" sərgisində dünyanın 10-dan artıq ölkəsinin, o cümlədən Almaniya, Portuqaliya, İspaniya, İtaliya, Çin, Braziliya, Ukrayna, Özbəkistan və Rusiyanın aparıcı şirkətlərinin ayaqqabı, çanta və dəri məmulatlarına qulluq üçün vasitələri də təqdim olunacaq.

 

"SHOESSTAR" sərgisinin iştirakçıları arasında qadın və kişi, rahat, klassik və ixtisaslaşdırılmış ayaqqabı istehsalçıları, eləcə də uşaq və yeniyetmə seqmenti təmsil olunacaq.

 

İştirakçılar arasında MARCO Tozzi, Tamaris, Caprice, ARA, JENNY, FLIORAJ, ROMIKA, INBLU, Vita, DE Arro, Özbəkistan dəri və ayaqqabı müəssisələri Birliyi “Uzbekçarmpoyabzali”, GLAMOUR, BEPPİ, XTI, CARMELLA, REFRESH, BASS D və s. tanınmış dünya markaları Sizi gözləyir.

 

Bu sərgi yalnız istehsalçıların və alıcıların görüşmək və müqavilə bağlamaq üçün sadəcə bir işgüzar meydança olmayacaq. Sərgiyə ekspozisiyalardan əlavə işgüzar və əyləncə proqramı da daxildir.

 

Bu il sərgi proqramına daxildir:

 

- sərginin ilk günündə Azərbaycan və Gürcüstan moda dizaynerlərinin ayaqqabı yeniliklərinin rəngarəng defilesi;

 

-“ PLM” gömrük şirkətinin direktoru Lyudmila Popovanın aparacılığı ilə “Azərbaycan ərazisinə xarici malların idxalı və ixracı qaydaları! Necə düzgün etmək və bununla artıq ödəməmək!” mövzusunda təlim - seminar.

22.08.2017 19:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ