Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gürcüstan KİV-i: Azərbaycanda "meqarequlyator"un yaradılması uğurludur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan KİV-i: Azərbaycanda "meqarequlyator"un yaradılması uğurludur

Gürcüstan KİV-i Azərbaycanda vahid maliyyə tənzimləyici orqanın yaradılmasının uğurlu modelindən yazır


 

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası qısa müddətdə konsolidasiya tədbirləri hazırlamaq və həyata keçirməyə nail oldu.

 

Bu barədə Gürcüstanın "Accent" agentliyi yazıb.

 

Agentlik qeyd edib ki, bu tədbirlər arasında ölkənin aparıcı sistemli banklarının aktivlərinin genişmiqyaslı restrukturizasiyası, bankların və orta səviyyəli sığorta şirkətlərinin sağlamlaşdırılması üçün fərdi proqramın qəbulu qeyri-populyardır, lakin bazarın "problemli" iştirakçılarının fəaliyyətinin dayandırılması üçün vacib addımlar kimi diqqət çəkir.

 

Agentlik yazır ki, Gürcüstanda maliyyə bazarının iştirakçıları (bank və sığorta sahəsi) üzərində müxtəlif orqanlar nəzarət etdiyi halda, Azərbaycanda bu funksiyanı vahid orqan həyata keçirir:

 

“Bütün dünyada maliyyə xidmətləri artıq elə bir konvergensiya səviyyəsinə çatıb ki, effektiv analiz üçün onları ayrıca struktur kimi nəzərdən keçirmək mümkün deyil. Hər bir struktur böyük bir holdinq şirkətinin hissəsidir, hansı ki həmin holdinqə banklar, sığorta şirkətləri, birja brokerləri daxildir. Azərbaycanda demək olar ki, bütün maliyyə xidmətləri sahəsində - bank və bank olmayan təşkilatlar, sığorta təşkilatları, investisiya şirkətləri, qiymətli kağızlarla əməliyyat aparanlar, lizinq təşkilatları üzərində nəzarət səlahiyyəti olan meqarequlyatorun yaradılması qərara alınıb".

 

Bank sahəsi üzrə ekspert David Kikvidze bununla bağlı şərhində agentliyə bildirib ki, maliyyə sektorunun tənzimlənməsi vahid orqana tapşırılmalıdır. Maliyyə institutları hesab edilən və bazara bu və digər şəkildə təsir edən sığorta təşkilatlarının üzərində nəzarət də eyni orqana həvalə edilməlidir:

 

“Maliyyə təşkilatları ölkəyə pul gətirir. Məsələn, banklar kredit verir və beləliklə də bazara az və ya çox pul daxil olur, sığorta şirkətləri isə sığorta haqqı olaraq pulu alır, daha sonra isə sığorta ödənişi olaraq pul verirlər. Yəni sığorta şirkətləri də pul kütləsinə dolayı və birbaşa yolla təsir edirlər. Buna görə, yaxşı olardı ki, bütün iştirakçılara vahid orqan nəzarət etsin".

 

Kikvidzenin sözlərinə görə, maliyyə təşkilatları arasında rəqabət həmişə mövcud olub və olacaq, lakin onların hər biri maliyyə sistemində öz yerini tutmalı, eyni zamanda rəqabət tənzimləyici orqan tərəfindən təmin olunmalıdır.

 

Agentlik yazır ki, bununla bağlı Azərbaycanın seçdiyi forma az maraq doğurmur: “Yeni orqan ictimai palata formasında yaradılıb, həm tənzimlənən maliyyə qurumlarından, həm də icra orqanlarından eyni dərəcədə müstəqildir. Diqqət çəkən məqam odur ki, tənzimləyici orqanın maliyyələşdirilməsi ölkə büdcəsindən deyil, maliyyə təşkilatlarının sabit kəsintiləri ilə həyata keçirilir”.

 

Məqalədə qeyd edilir ki, məsələnin bu şəkildə qoyulması həmçinin kommersiya və dövlət sektoru işçiləri arasında əmək haqqı səviyyəsində təhrif olunma problemini də həll edir. 

 

Məqalənin sonunda qeyd edilir ki, baxmayaraq ki, maliyyə bazarlarına bir mərkəzdən idarə olunması düzgün addımdır, amma eyni zamanda da, bazarda baş verən proseslərdən və idarəetmədən çox məsələ aslıdır. Düzgün idarəçilik olsa, bu, ümumiyyətlə, bütün ölkə üçün müsbət və faydalı qərardır. 

 

Məqaləni tam bu linkdə oxumaq olar.

23.08.2017 08:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ