Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İşçilər 35 yaşında işlərindən nifrət etməyə başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşçilər 35 yaşında işlərindən nifrət etməyə başlayır

Böyük Britaniyanın insan qaynaqları və araşdırma şirkəti "Robert Half"ın 2 min ingilis işçi üzərində apardığı araşdırmaya görə, 35 yaşını aşmış hər altı adamdan biri işində xoşbəxt olmadığını söyləyir. 35 yaşdan aşğı hər 12 adamdan biri özünü işində xoşbəxt hesab etmir.

 

"Marja" araşdırmaya istinadən xəbər verir ki, yaşı 55-dən yuxarı olan işçilərin üçdə biri iş yerlərində təqdir görmədiklərini, 16%-i ofislərində dostlarının olmadığını söyləyir.

 

"Capita Resourcing"in məlumatına görə, yaşı 55-dən yuxarı olan işçilərin üçdə biri gənc həmkarlarının yanında ikinci planda qaldıqlarını düşünür.

 

ABŞ-ın Əmək Nazirliyi, 2024-cü ildə məşğulluq bazarındakı hər dörd adamdan birinin 55 yaşdan böyük olacağını nəzərdə tutur.

 

Yüksək mövqelərə çıxmaq üçün çox stressin, bir o qədər də məyusluğun olduğu qeyd edilən araşdırmada "iş-həyat" tarazlığının özünü əsl uşaq sahibi olunduğu zaman göstərdiyi bildirilir.

 

İşçinin heç bir müvəffəqiyyət qazanmadığı, ofisin onu stresə saldığı anlar olur. Hər bir adam, "Bu işi nə üçün edirəm?" sualını özünə verməlidir.

 

Araşdırmaya görə, şirkətlər layihələr fikirləşib iş yerində motivasiyanı artırmalıdırlar.

23.08.2017 05:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ