Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İki super güc arasında gərginlik artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki super güc arasında gərginlik artır

ABŞ Rusiya ərazisində vizaların verilməsini dayandırır

 

ABŞ Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb.  “RİA Novosti”nin verdiyi xəbərə görə, Sentyabrın 1-dən etibarən bu prosedur yalnız Rusiyanın ABŞ-dakı səfirliyində yenidən bərpa olunacaq.  


 
Vaşinqton bu addımlarını ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının azaldılmasına cavab olaraq atıldığını bəyan edib.


 
Qeyd edək ki, Moskva bundan əvvəl ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərində əməkdaşların sayının 755 nəfərədək (yəni 455 nəfər ) azaldılmasına dair qərar verib.   


 
ABŞ səfirliyində qeyd ediblər ki, yeni qaydalar Moskvanın tətbiq etdiyi məhdudiyyətlər qüvvədə qalanadək icra ediləcək. Səfirlikdə diplomatların və digər əməkdaşların Vaşinqtona dönməyə hazırlaşdıqlarını bildiriliblər.

 

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya tətbiq edib

 

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.


 
Bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

 
 
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.  


 
Moskva şəhərində qeydiyyatda olan “Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın “Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.


 
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.  

 

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

 

ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.  


 
Bu barədə ABŞ-ın dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib.


 
“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson  qeyd edib.  


 
“Əgər kimsə silah tədarük etmək istəyirsə, bu yalnız Əfqanıstanın hökuməti ilə əlaqədə həyata keçirilə bilər ”, - deyə Tillerson qeyd edib.
 


Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb. 

 

© APA

23.08.2017 05:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ