Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil istifadəsinin artdığı yay mövsümü başa çatır, neft qiymətləri düşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil istifadəsinin artdığı yay mövsümü başa çatır, neft qiymətləri düşə bilər

Liviyada ölkənin ən böyük neft sahəsində istehsalın yenidən başlaması üçün əhəmiyyətli bir addım atılıb. "Marja" xəbər verir ki, ölkənin təhlükəsizlik gücləri,mühüm əhəmiyyətli neft boru xəttini yenidən açıb.

 

Digər tərəfdən, özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft  İnstitutunun (API) məlumatlarına görə, ölkədə benzin ehtiyatları keçən həftə 1.4 milyon barel artarkən, xam neft ehtiyatları 3.6 milyon barel azalıb. Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı məlumatların, həm benzin, həm xam neft ehtiyatlarının düşdüyünü göstərməsi gözlənilir.

 

Analitiklər bildirirlər ki, API-nin məlumatlarına ehtiyatla yaxınlaşılmalıdır, çünki bu məlumatlar EIA məlumatları ilə hər vaxt paralel çıxmır. ABŞ-da avtomobil istifadəsinin artdığı yay dövrünün sonuna yaxınlaşılması ilə birlikdə, diqqətlər ABŞ-ın benzin ehtiyatlarında olacaq. Qarşıdakı bir neçə həftə neftayırma zavodlarının istehsal güclərindən istifadəsi və benzin ehtiyatları məlumatlarını izlənəcək. Benzin ehtiyatlarının artması, xam neft emalının aşağı düşməsilə nəticələnə və bu da yenidən ehtuyatların artmasına səbəb ola bilər.

 

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 15 sent düşərək 47.68 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 19 sent ya da 0.4 düşərək  51.68 dollara enib.

23.08.2017 06:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ