Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Hökuməti bağlamaq məcburiyyətində qalsaq da, o divarı inşa edəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hökuməti bağlamaq məcburiyyətində qalsaq da, o divarı inşa edəcəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trump, Charlottesville-də bir nəfərin ölümü ilə nəticələnən irqçi aksiyalar zamanı zorakılıq hadisələrindən sonra Arizona ştatının Phoenix şəhərində keçirdiyi ilk mitinqdə Amerika mediasına iradlarını bildirib.

 
 
ABŞ mediasını "ədalətsizlikdə", "nifrət qruplarının təbliğatını aparmaqda" və "ölkəni parçalamadla" günahlandıran Trump, "Saxta və yalan medianın yalanlarını ifşa etmək və cəmiyyəti bölməsinə qarşı çıxmaq zamanı gəldi", -deyib.


 
Charlottesville-dəki irqçi hadisələrdəki bütün tərəfləri pislədiyini, ancaq medianın  zorakılıq və irqçiliklə bağlı açıqlamalarına yer vermədiyini iddia edən Trump, "Bunlar (media) heç dürüst olmayan, çox pis insanlardır". - deyə bildirib.
 
 
Şimali Koreya ilə ABŞ arasında son dövrdə artan gərginliyə də toxunan Trump,"Şimali Koreya Prezidenti Kim Jong bizə hörmət bəsləməyə başladı. Münasibətlərdə bəlkə müsbət bir hadisə baş verə bilər", - ifadələrini istifadə edib. 


"Divarı inşa edəcəyik"


 
ABŞ və Meksika arasına divar hörülməsinə qarşı çıxanları "Amerika xalqının təhlükəsizliyini təhlükəyə atmaqda" tənqid edən Trump, büdcə səbəbiylə "Hökuməti bağlamaq məcburiyyətində qalsaq da, o divarı inşa edəcəyik" - deyə bildirib.
 
Digər tərəfdən, şəhərdə Trump əleyhinə nümayişlər də təşkil olunub və Arizona polisi nümayişçiləri dağıtmaq üçün bibər qazından istifadə edib.

23.08.2017 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ