Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakıda qatı toz dumanının nədən yarandığı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda qatı toz dumanının nədən yarandığı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb.


 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Reklam_3_11


 
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.


 
Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. 

23.08.2017 09:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ