Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank” Gürcüstanda da mənfəətlə işləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” Gürcüstanda da mənfəətlə işləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan bankı “PAŞA Bank” ASC-nin törəməsi “PAŞA Bank Gürcüstan” 2017-ci ilin birinci yarısını 2 milyon 576 min lari (1 milyon 820 min manat) xalis mənfət ilə başa vurub.

 

“Marja” xəbər verir ki, Bank ötən ilin birinci yarısında 2 milyon 428 min lari mənfəət əldə etmişdi.

 

Bu ilin 6 ayında "PAŞA Bank Gürcüstan"ın faiz gəlirləri 9 milyon 863 min lari, qeyri-faiz gəlirləri 990 min lari təşkil edib. Bank 2016-cı ilin anoloji dövründə 11 milyon 624 min lari faiz, 434 min lari qeyri-faiz gəliri əldə etmişdi. Faiz gəlirlərinin aşağı düşməsinin səbəbi Bankın digər kedit təşkilatlarındakı depozitlərini və qiymətli kağızlara investisiyalarını azaltmasıdır.

 

30 İyun 2017-ci il tarixində “PAŞA Bank Gürcüstan” 247 milyon 947 min lari cəmi aktivlərə, 142 milyon 87 min lari cəmi öhdəliklərə və 105 milyon 806 min lari cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 282 milyon 485 min lari cəmi aktivlərə, 179 milyon 201 min lari cəmi öhdəliklərə və 103 milyon 284 min lari cəmi kapitala malik idi.

 

Aktivlərin və öhdəliklərin azalmasıın səbəbi Bankın digər kredit təşkilatlarındakı vəsaitlərinin (Kredit təşkilatlarından alınacaq məbləğlər)və kredit təşkilatlarının Bankdan alacağı vəsaitlərin azalmasıdır. “PAŞA Bank Gürcüstan” qiymətli kağızlara investisiyaları da azaldıb.

 

Müqayisə olunan dövrdə Bankın müştərilərə verdiyi kreditlər 95 milyon laridən 117 milyon lirəyə yüksəlib.

 

Müştərilər qarşısında öhdəliklər isə (depozitlər) 46 milyon 24 min laridən 46 milyon 912 min lariyə qalxıb.

 

Xəbər verdiyimiz kimi, "PAŞA Bank" 2017-ci ilin birinci yarısını 13 milyon 531 min manat xalis mənfəət ilə başa vurmuşdur.

 

Bu gün 1 lari 0.7069 manatdır.

23.08.2017 10:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ