Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

Ukrayna bu ilin yanvar-iyul aylarında 64 mln. dollar məbləğində təzə və soyudulmuş mal əti ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə (30 mln. dollar) iki dəfə çoxdur.


Bu, "Ukrayna Aqrar Biznes Klubu" assosiasiyasının məlumatında qeyd edilib.

Reklam_3_11


2016-cı il ərzində ölkədən 82,8 mln. dollarlıq məhsul tədarük edilib.


"Bu il xarici ölkələrə daha çox dondurulmuş mal ətinin satışı artıb. Ətin ixrac strukturunda 26% təzə və soyudulmuş ətin, qalan 74% isə dondurulmuş mal ətinin payına düşür. 2016-cı ilin analoji dövrü ilə müqayisədə dondurulmuş ətin xaricə satışı 2,7 dəfə artıb və 42,3 mln. dollar təşkil edib", - deyə Assosiasiyanın məlumatda qeyd edilib.


Qeyd edək ki, Ukraynanın mal əti əsasən MDB ölkələrinə satılıb. Dondurulmuş və soyudulmuş ətin bütün tədarükü bu regiona reallaşdırılıb. Bu qrupdakı ölkələr sırasında ön yerləri Belarus (40%), Azərbaycan (22%) və Qazaxıstan (16%) bölüşür.


Bütün ixracın daha 16%-i isə Asiya ölkələrinin payına düşür. Burada Ukrayna ətinin əsas alıcıları İraq və Gürcüstan hesab edilir. Qalan mal əti isə Afrikaya, əsasən Misirə göndərilir. Cari ilin ilk yarısında təzə və soyudulmuş ətin reallaşdırılmasının orta qiyməti MDB ölkələri üçün 2,6 dollar/kq, Asiya ölkələri üçün 3,8 dollar/kq təşkil edib.


Eyni dövrdə diri iribuynuzlu malın ixracında da artım qeydə alınıb. Bu ilin yanvar-iyul aylarında xaricə 18 mln. dollar məbləğində belə növ mal satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur. Bu məhsulun əsas istehlakçıları Livan (35%), Azərbaycan (24,4%) və İordaniya (18,4%) olub. 

23.08.2017 12:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ