Ən yuxarı statik reklam-3_3

"Ofisait" mağazaları məktəbli yarmarkasından da ucuzdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ofisait" mağazaları məktəbli yarmarkasından da ucuzdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ildən Bakı şəhər İcra Hakimiyyəti paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkası təşkil edib. Hər bir vətəndaş bu yarmarkalara baş çəkərək, lazım olan məhsulları əldə edə bilər.

 

Reklam_3_11

Həmin yarmarkalardan bəzilərinə baş çəkdik. Burada valideynlər övladları üçün bütün dərs ləvazimatlarını əldə edə bilərlər. Məhsulların qiyməti idxal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Yarmarkalarda məktəbli forması və dərs kitabları satılmır.

 

Satıcı Nizami Məmmədov bildirib ki, bazarda hər qiymət və keyfiyyətdə məhsul tapmaq mümkündür:

 

“Qələmlər 10 qəpik – 1 manat 50 qəpiyə, lövhələr üçün markerlər 30-50 qəpiyə, pozanlar 20 qəpik - 2 manata, uşaqlar üçün qayçılar 50 qəpik – 1 manat 50 qəpiyə, ağardıcı ştrixlər 80 qəpik – 2 manata, qələm yonanlar 10 qəpik - 1 manata, dəftər üzləri 10 qəpik – 30 qəpiyə, kitab üzləri 20 - 40 qəpiyə satılır. Dəftərlərə gəlincə, sadə, 12 vərəq dəftərlər 10 qəpikdən başlayır və vərəq sayına görə qiymətlər 1 manata kimi qalxır. Rəngli karandaşlar 80 qəpik – 3 manat, plastilinlər 50 qəpik - 7 manat, qovluqlar 30 qəpik - 20 manat, penallara 1 manat - 17 manat arasındadır. Məktəbli çantalarının qiyməti 8 manatdan 50 manata kimidir. Çantalarının əksəriyyəti Türkiyə və Dubaydan gəlir, bizdə Çin istehsalı olan məktəbli çantaları yoxdur. Bəzi ləvazimatların qiymətlərində endirimlər edirik. Gün ərzində kifayət qədər valideyn yarmarkadan alış-veriş edir”.

 

Satıcısı Əli Babayev isə alıcıların azlığından şikayətlənib. O bildirib ki, insanlar daha çox sentyabrda, məktəblərin açılmasına az  vaxt qalanda bazarlıq etməyə üstünlük verir:

 

“Hazırda bazarda istənilən dərs ləvazimatını tapmaq mümkündür. Çantalar 10 - 40 manat, dəftərlər 10-80 qəpik, xətkeş 60 qəpik - 2 manat, sadə qələm 10 - 40 qəpik, rəngli karandaş 1 - 5 manat, qələm 20 qəpik - 1 manat, suqabı 3 – 8 manat, su termosu  7 - 10 manata satılır. Məktəbli çantaları əsasən, Çin və Türkiyə istehsalıdır. Valideynlər son zamanlar daha çox keyfiyyətli və bahalı məktəbli çantaları almağa üstünlük verir. Çünki ucuz çanta alarsa, il ərzində bir neçə dəfə dəyişməli olur. Bahalı və keyfiyyətli çantanı bir neçə il götürmək mümkündür”.

 

Satıcı əlavə edib ki, yarmarkada satılan məhsulların qiymətləri digər satış məntəqələri ilə müqayisədə daha aşağıdır:

 

“Geniş supermarketlər şəbəkəsində satılan məhsulların qiymətləri ilə yarmarka arasında ciddi fərq yoxdur. Çünki onlar malı çox götürdüyündən ucuz başa gəlir. Amma şəhərdə məktəb ləvazimatlarını satan ayrı-ayrı dükanlarda qiymət fərqi daha çox olur. Yarmarkada 6 manata satılan suqabı həmin dükanlarda 12-14 manatadır. Biz bir aylıq işlədiyimiz üçün malı ucuz satırıq ki, daha çox məhsul sata bilək. Amma onlar ilboyu dükanı işlətdiklərindən məhsulun baha və ya nə vaxt satılmasının önəmi olmur. Bu yarmarkada 10 manata satılan suqabının Əhmədlidə yerləşən dükanda 18 manata satıldığının şahidi olmuşam”.

 

Bildirilir ki, bir uşağın ümumi məktəb ləvazimatı ilə təmin olunması 60-70 manata başa gəlir. Bir ailə 2 övladına 100-150 manata hər bir məktəbli ləvazimatını ala bilər. 

 

Qızı ilə yarmarkaya gələn alıcı Sənubər Əliyeva bildirib ki, yarmarkanın fəaliyyətə başladığını yoldan keçərkən görüb və bəzi məhsullar almaq qərarına gəlib:

 

“Yolumuz uzaq olduğundan nisbətən xırda məhsullar - qələm, karandaş, penal və digərlərini əldə etdik. Məhsulların qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir”. 

 

Məktəbli yarmarkalarında satılan məhsulların qiymətinin digər dükanlarla fərqini müqayisə etmək üçün bir neçəsində olduq. Bəzi şirkətlərə məxsus olan satış dükanlarında qiymətlər daha aşağıdır. Şəhərdə məktəb ləvazimatları ən aşağı qiymətlərə "Ofisait" mağazalarında satılır.

 

YARMARKADAN DA UCUZ  MAĞAZALAR ŞƏBƏKƏSİ

 

Azərbaycanda məktəb ləvazimatlarının satışı ilə məşğul olan ən böyük şəbəkə “Ofisait” mağazalarıdır. Şəbəkənin “28 May” metrosu yaxınlığında, Dilarə Əliyeva 235/a ünvanında yerləşən mağazasında olduq. Qapıları Səməd Vurğun bağına açılan bu mağazanı iri supermarket kimi təsəvvür edə bilərsiniz. Burada heç bir yerdə rast gələ bilməyəcəyiniz çeşiddə dəftərlər, qələmlər, çantalar, kitablar və digər məktəb ləvazimatları satılır. Adamın gözlərinə inanmadığı isə qiymətlərin çox aşağı olmasıdır.

 

Mağazanın müdiri  Rəşad Xudiyev “Marja”ya bildirdi ki, “Ofisait” mağazalarında topdansatış qiymətlərinə pərakəndə satış mövcuddur. Şirkət Azərbaycanda məktəb ləvazimatlarının ən böyük idxalçısı və istehsalçısıdır. Digər mağazalar məktəb ləvazimatlarını topdan alaraq üzərinə öz gəlirlərini əlavə edib satırlarsa, “Ofisait” məhsulları xarici istehsalçılardan birbaşa özü alır və satışını həyata keçirir. Keyfiyyəti ilə seçilən “Oyal” məhsulları da“Ofisait” mağazalarında satılır.

 

Mağazanın müdirindən, bir ibtidai və bir yuxarı sinif şagirdi üçün məktəb ləvazimatlarının nə qədər pul tələb etdiyini hesablamağı xahiş etdik.

 

Rəşad Xudiyev bildirdi ki, təxminən 1 məktəbliyə 20-yə yaxın çeşiddə ləvazimat lazım olur. Birinci sinif şagirdi üçün məktəb ləvazimatları səbəti təxminən 20 manat, yuxarı sinif şagirdi üçün isə 39 manat tutur. Təbii ki, ləvazimatların sayından və çeşidindən asılı olarq qiymət dəyişə bilər.

 

Mağazanın təqdim etdiyi siyahılar və qiymətlər

 

Birinci sinif şagirdi üçün

 

Adı

Ədəd

1 ədədinin qiyməti, manatla

Cəmi

1.

Çanta

1

8.28

8.25

2.

Dəftər (12 vərəq)

10

0.10

1.00

3.

Rəsm albomu

1

0.55

0.55

4.

Rəngli kağız (16 vərəq)

1

0.48

0.48

5.

Say şotkası

1

1.01

1.01

6.

Penal (zamoklu)

1

0.93

0.93

7.

Boya (16-lı)

1

1.05

1.05

8.

Plastilin (6-lı)

1

0.72

0.72

9.

Plamaster (12-li)

1

0.40

0.40

10.

Rəngli karandaş

1

0.61

0.61

11.

Say çubuğu

1

0.62

0.62

12.

Dəftər üzü

1

0.11

0.11

13.

Yapışqan

1

0.20

0.20

14.

Pozan

1

0.09

0.09

15.

Sadə karandaş

1

0.06

0.06

16.

Qayçı

1

0.79

0.79

17.

Karandaş yonan

1

0.22

0.22

18.

Su bardağı

1

2.16

2.16

19.

Qələm

1

0.15

0.15

20.

Xətkeş

1

0.41

0.41

 

 

 

Cəmi

19.81

 

Yuxarı sinif şagirdi üçün

 

Adı

Ədəd

1 ədədinin qiyməti, manatla

Cəmi

1

Xətkeş

1

0,41

0,41

2.

Penal (Zamoklu)

1

1,16

1,16

3.

Çanta

1

14,00

14,00

4.

Dəftər üzü

10

0,12

1.12

5.

Marker (lövhə üçün)

1

0,47

0,47

6.

Gündəlik

1

1.20

1.20

7.

Rəngli karandaş

1

1.70

1.70

8.

Rəsm albomu

1

0.85

0.85

9.

Sirkul (katavalnik)

1

1.60

1.60

10.

Jurnal üzü

10

0.25

2.50

11.

Su bardağı

1

3.20

3.20

12.

Pozan

1

0.25

0.25

13.

Yapışqan

1

0.30

0.30

14.

Sadə karandaş

1

0.12

0.12

15.

Karandaş yonan

1

0.32

0.32

16.

Ştrix

1

0.62

0.62

17.

Dəftər (60 vərəq)

10

0.40

4.00

18

Dəftər (40 vərəq)

10

0.50

5.00

 

 

 

Cəmi

38,82

 

Ünvan: D.Əliyeva küç 235/a
Telefon: (+994 12) 599 01 48
Mob: (+994 70) 441 52 11
web: www.ofisait.com

 

© APA, Marja

23.08.2017 14:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ