Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Dollarda sürprizlərə hazır olun”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dollarda sürprizlərə hazır olun”

Cari ilin əvvəlində ABŞ-da pisləşən iqtisadi göstəricilər, siyasi qeyri-müəyyənlik və ABŞ xaricindəki müsbət irəliləyişlər bu il Dolların dəyərdən düşməsinə səbəb oldu.

 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, ABŞ-ın məşhur kommersiya bankı "Wells Fargo"ya (Uels Fargo) görə, bu trend tərsinə dönəcəkdir və Dollarda sürprizlərə hazır olmaq lazımdır.  ABŞ dolları İndeksi bu ilin əvvəlindən bəri təxminən 9% dəyər itirsə də, bu situasiya dəyişəcəkdir.

 

Banka görə, 2017-ci ilin sonunda daha güclü bir ABŞ dolları görəcəyik.

 

Bank buna aşağıdakı səbəbləri göstərir.

 

-Qlobal faiz nisbətləri və iqtisadi artım/inflyasiya arasındakı fərqlər;

 

-Avro bölgəsindəki siyasi risklər ;

 

- İnvestorların dollar almağa meyilli olmaları.

 

Bu çərçivədə, ABŞ Mərkəzi Bankı Fed faizlərini artırıb balansını azaldarkən, Avropa Mərkəzi Bankı neqativ faiz dərəcələrindən qısa zamanda çıxa bilməyəcəkdir. Eyni zamanda, son zamanlar  ABŞ-dakı iqtisadi artım və inflyasiya rəqəmləri, Avropaya nisbətən daha sürətli bərpa olunur. "Wells Fargo"ya görə, "hər nə qədər Avro bölgəsindəki iqtisadi inkişaf və inflyasiya bərpa olunmuş olsa da, əsas trendlər hələ də ABŞ iqtisadiyyatını dəstəkləyir".

 

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN

 

"Wells Fargo" Fransadakı seçkilərdən sonra Avropada gündəmdən düşən siyasi qeyri-müəyyənlik mühitinin Avroya dəyər qazandırdığını və seçkilərdən sonra öhdəliklərini yerinə yetirə bilməyən ABŞ rəhbərliyinin də Dollara mənfi əks olunduğunu vurğulayır.

 

İrəli baxanda isə, Banka görə, yaxınlaşmaqda olan İtalya seçkiləri Avro bölgəsi üçün mühüm siyasi və iqtisadi risk yaradır.

 

Son olaraq, "Wells Fargo"  analitiklərinə görə, ilin əvvəlindən bəri ABŞ dollarına mənfi münasibət göstərən investorlar bu ilin ikinci yarısında Dolların xeyrinə sürprizlər baş verməsi üçün əlverişli şərait də yaradırlar. Həmçinin investorlar gözlənilən səviyyədə Dollar satmayıblar.

 

Qısası, Bank Dolların bahalaşacağını gözləyir.

24.08.2017 06:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ