Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in neft hasilatını azaltmaq qərarı tətbiq edilməyə başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatını azaltmaq qərarı tətbiq edilməyə başlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İraqın Neft Nazirliyi, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılmasına dair qərarının tətbiq edilməyə başlandığını bildirib.


 
Neft naziri Cebbar el-Laıbi, nazirliyin rəsmi saytından verdiyi yazılı açıqlamada, OPEC-in Vyanadakı son iclasda qərarlaşdırdığı "gündəlik neft istehsalının azaldılması" qətnaməsinə ölkəsinin bağlı olduğunu qeyd edərək, "Yeni ildən ölkədəki xam neft istehsalının azaldılmasına başlandı" ifadəsini istifadə edib.
 
 
 İraq, terror təşkilatı İŞİD-lə mübarizə və ölkədəki toqquşmalarda zərər görən infrastrukturu yeniləmək üçün ötən il "neft hasilatını azaltmaq qərarından uzaq saxlanması" tələbini vaxtaşırı dilə gətirmişdi.
 


OPEC və 11 müstəqil neft istehsalçısı ölkə, qlobal neft bazarını sabitləşdirmək üçün ötən ay gündəlik neft hasilatını təxminən 1,2 milyon barrel azaldılması istiqamətində qərar qəbul etmişdilər.

06.01.2017 04:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ