Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bankların valyuta gəlirləri Dollar/manatın sabitləşməsilə azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların valyuta gəlirləri Dollar/manatın sabitləşməsilə azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Manatın sabitləşməsilə bankların valyuta əməliyyatlarından gəliri azalır.

 

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva "Marja"ya müsahibəsində bildirib ki, manat sabitləşdikfən sonra valyuta əməliyyatlarından gəlir azalıb:

 

“2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayınadək dollar/manat qarşısında bahalaşırdı, fevraldan isə əks proses başladı. İlin əvvəlində alış və satış məzənnələri arasında fərq (spred) böyük olduğundan, PAŞA Bankın valyuta əməliyyatlarından əldə etdiyi gəlir yüksək idi. İkinci rübdən başlayaraq dollar/manat məzənnəsi sabitləşdi və spredlər çox daraldı. Buna görə, proseslərə uyğun olaraq valyuta əməliyyatlarından gəlirlər nisbətən azalıb. 2017-ci ilin birinci rübü ilə müqayisədə, ikinci rübdə xarici valyutadan xalis gəlir 14,89 milyon manatdan  8,59 milyon manata düşüb”.

 

Xəyalə Nağıyeva qeyd edib ki, məzənnənin sabitləşməsilə valyuta gəlirlərinin azalması PAŞA Bankın 2017-ci il üzrə mənfəət hədəfinə nail olmamasına səbəb olmayacaqdır:

 

“Mümkün deyil. Bank olaraq biz gəlir və mənfəət hədəflərimizi proqnozlaşdıran zaman makro-iqtisadi vəziyyətə, idxal və ixrac trendlərinə, müştərilərimiz olan iri şirkətlərin biznes fəaliyyətlərinin nəticələrinə və müəyyən sıra iqtisadi faktorların proqnozuna əsaslanırıq. Valyuta əməliyyatlarından gələn gəlir isə iqtisadi faktorların təsirindən irəli gələn törəmə və qeyri stabil faktordur və onun davranışına təsir edən bütün digər faktorları dəqiq proqnozlaşdırmaq bizim halımızda mümkün deyil.  Bu səbəbdən də biz proqnozlarımızı hazırlayan zaman bu və digər gəlir növlərini stabil iqtisadi vəziyyətə görə ehtimal edirik, və məhz valyuta əməliyyatlarından gələn gəlir də stabil halına görə hədəflənib, stabil olmayan gəlirləri nəzərə alınmayıb”.

24.08.2017 08:05

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ