Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Para” kütlə üçün istiqraz buraxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Para” kütlə üçün istiqraz buraxacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) qapalı üsulla həyata keçirdiyi istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırdıqdan sonra (təxminən 1 ay ərzində) kütləvi istiqraz emissiyası (açıq üsulla) da həyata keçirməyi planlaşdırır.


Bunu BOKT-dan deyiblər.


“Əsasən manatla, qismən isə ABŞ dolları ilə kütləvi istiqraz emissiyası etmək planımız var. Milli valyutada azı illik 15%, xarici valyutada isə 4-5% gəlirlilik vəd edəcəyik”, - deyə “Para”dan bildirilib.


Qeyd edək ki, bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası BOKT-un istiqraz emissiyalarını dövlət qeydiyyatına alıb. Emissiyalar hər birinin nominal dəyəri 1 000 manat olan 545 ədəd istiqrazın (545 min manatlıq) və hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 150 ədəd istiqrazın (150 min dollarlıq və yaxud təxminən 255 min manat) dövriyyəyə buraxılmasını nəzərdə tutur. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək və onları fiziki şəxslər alacaq.


Xatırladaq ki, “Para” BOKT ötən il lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin bazasında bu il yaradılıb. Onun nizamnamə kapitalı 38,887 mln. manatdır. MBNP kredit təşkilatına lisenziyanı bu il martın 30-da verib və bununla da ilk dəfər olaraq Azərbaycanda bank BOKT-a çevrilib.

 

© Report

24.08.2017 08:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ