Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maraqla gözlənilən smartfon təqdim edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maraqla gözlənilən smartfon təqdim edildi

“Samsung” korporasiyası yeni “Galaxy Note 8” smartfonunu təqdim edib.

 

Reklam_3_11

Smartfon 1440x2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz edilib.

 

Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, həmçinin “IP68” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. “Note8”, həmçinin səkkiznüvəli “Exynos 8895” prosessoru və 6 giqabaytlıq əməli yaddaşla təchiz edilib.

 

Qurğunun əsas özəlliyi ikiqat kameranın mövcud olmasıdır. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə və optik sabitləşmə sisteminə, eyni zamanda, 8 meqapiksellik ön sensora malikdir.

 

Akkumulyatorun tutumu 3300 milliamper/saat təşkil edir,

 

“USB Type-C” interfeysi vasitəsilə enerjidoldurma imkanı nəzərdə tutulub.

 

Bundan başqa, qurğu “Gear 360” kamerası, “Gear S3” smart saatı, “DeX” birləşdirici stansiya və “Gear VR” eynəyi ilə işi dəstəkləyir. Artıq “Samsung”un rəsmi saytında “Galaxy Note 8” smartfonunu ilkin sifariş etmək olar.

24.08.2017 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ