Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Sazz” çöküb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Sazz” çöküb"

Ölkənin simsiz internet xidməti göstərən ən böyük operatoru olan  “Sazz”da  böyük problem yaşanır. Bu barədə abunəçilər məlumat verib.

 

Reklam_3_11

Onlar qeyd edir ki, iki gündür ki, şəbəkənin internetindən istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətin ofislərinə müraciət edən abunəçilərə isə bildirilib ki, cərəyana qoşulu vəziyyətdə olan bütün abunəçilərin modemləri yanıb:

 

“Bunun hansı səbəbdən baş verdiyini isə müəyyənləşdirə bilmirlər. Deyirlər ki, hacker hücumu nəticəsində bu baş verə bilər. Yeni modemlər abunəçilər tərəfindən alınmalıdır.  Məsələnin nə vaxt həll olunacağı barədə məlumat vermirlər. Hamının yeni modem almağa imkanı yoxdur. Şirkət tərəfindən bu problem yaranıbsa, onlar da məsələni həll etməlidirlər”. 

 

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlanıb. Operator problemin olduğunu təsdiqləyib və bildirib ki, abunəçilərin müəyyən hissəsinin internetində problemlər var:

 

“Bununla texniki mütəxəssislərimiz tərəfindən müvafiq işlər görülür. Abunəçilərimizə də yaranan narahatlıqla bağlı öz sosial səhifəmizdən və saytımızdan məlumat verəcəyik. Hələ ki, məsələnin nə vaxt həll olunub bitəcəyi barədə məlumatlı deyilik”. 

 

© “Qafqazinfo” 

24.08.2017 11:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ