Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Macarıstan vizalarının dayandırılması barədə açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Macarıstan vizalarının dayandırılması barədə açıqlama

Azərbaycanda Macarıstan vizalarının verilməsinin dayandırılması texniki problemlərlə bağlıdır.

 

Bu barədə Bakıda Macarıstan vizalarının alınması üçün sənədlərin qəbulu ilə məşğul olan "BLS International" şirkətindən bildiriblər.


"BLS International"dan qeyd ediblər ki, sənədlərin qəbulu avqustun 21-dən etibarən dayandırılıb və qəbulun yenidən nə vaxt bərpa ediləcəyi hələ bilinmir.


"Biz səfirliyin konsulluq şöbəsinə tabeyik, ancaq bizə də konkret səbəblər deyilməyib", - şirkətin nümayəndəsi bildirib.


Xatırladaq ki, dünən Macarıstanın Azərbaycandakı səfirliyi konsulluq şöbəsinin forsmajor vəziyyətlə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu dayandırdığını bəyan edib.


"Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər", - səfirliyin məlumatında deyilir.

 

© Report

24.08.2017 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ