Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avropa Bankı “Holcim (Azerbaijan)”dan imtina etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Bankı  “Holcim (Azerbaijan)”dan imtina etdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aparıcı sement istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-dəki (Qaradağ Sement Zavodu) payını artırmaqdan imtina edib.


Bu barədə xarici mətbuata istinadən xəbər verir.


Məlumata görə, bununla bağlı qərarı Bankın Direktorlar Şurası qəbul edib. Lakin qərarın səbəbi açıqlanmayıb.

 

Xatırladaq ki, EBRD hazırda Zavodun səhmlərinin 10%-nə nəzarət edir. Bank ötən il Azərbaycan iqtisadiyyatına dəstək çərçivəsində payını 20%-ə çatdırmağa qərar verib. “Holcim (Azerbaijan)”ın səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.


2010-cu ildə yaradılmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı 31,813 mln. manatdır. Müəssisə 2015-ci ili 99 mln. manat, 2016-cı ili isə 27 mln. manat xalis zərərlə başa vurub.

 

© Report

24.08.2017 13:36

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ