Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın dövlət borcu "dodaq uçuqladır" - açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dövlət borcu "dodaq uçuqladır" -  açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172.6 milyon ABŞ dolları (12 milyard 208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir. Bu barədə "Marja"ya Maliyyə Nazirliyindən bildirilib.

 

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

 

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 

Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 913.2 milyon ABŞ dolları (12 milyard 241.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil etmişdi.

 

01 iyul 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 638.6 milyon ABŞ dolları (11 milyard 758.9 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.0 faiz təşkil etmişdi.

24.08.2017 17:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ