Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gözlər Yellen və Draghinin çıxışlarında

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gözlər Yellen və Draghinin çıxışlarında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal bazarlarda nəfəslər, Fed sədri Yelen və ECB sədri Draghi-nin "Jackson Hole" iclasında edəcəyi çıxışları üçün tutulub.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, iqtisadçılar, ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yellenin və Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draghi-nin "Jackson Hole"dakı çıxışlarında yeni məlumatlar verəcəklərini gözləmir.

 

İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!

 

Kanzas Siti Fed-in ev sahibliyilə 1978-ci ildən bu yana Vayominq ştatının Cekson Hol (Jackson Hole) qəsəbəsində keçirilən və "Mərkəzi bankirlərin Davosu" kimi qəbul edilən İqtisadi Siyasətlər Simpoziumu, bu il 24-26 Avqustda baş tutacaq.

 

Hər il yayın sonunda dünyanın ən mühüm bankirlərini və maliyyə oyunçularını bir araya gətirən simpoziumun builki mövzusu "Dinamik Qlobal İqtisadiyyat Yaratmaq" kimi müəyyənləşdirilib.

 

Dünya miqyasında 40-dan artıq mərkəzi bankın nümayəndələri ilə yanaşı, maliyyə nazirləri, akademiklər və maliyyə sektorunun mühüm aktyorlarının iştirak edəcəyi simpoziumda, dünya iqtisadiyyatının qarşı-qarşıya olduğu mühüm problemlər və bunların necə həll ediləcəyi müzakirə ediləcək.

 

Tədbirin bazarlar baxımından "kilid" nöqtəsi isə Fed sədri Janet Yellen və ECB sədri Mario Draghi-nin bu gün edəcəkləri çıxışlar olacaq.

 

 100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

İqtisadçıların son 1,5 aydır ki, səssizliyini qoruyan Yellenin Fedin pul siyasətinə dair yeni məlumatlar verəcəyinə dair gözləntiləri aşağıdır. Bundan əvvəlki iki Jackson Hole simpoziumunda akademik məzmunlu çıxışlar edən Yellenin  eyni davranışı davam etdirəcəyi nəzərdə tutulur.

 

Bazarlar Yellenin çıxışında, aşağı inflyasiya, balansın azaldılması və faiz artırılmasının necə aparılacağına dair ipucu tapmağa çalışacaq. 

 

Jackson Hole ərzində Yellen-dən daha çox diqqəti çəkən şəxs ECB sədri Mario Draghi ola bilər. Qlobal investorlar, Draghi-dən ECB-inin qiymətli kağız alışları proqramını nə vaxt və necə başa vuracağına dair məlumatları gözləyir.

 

"Fed onsuz da balansını azaltmaq proqramına sentyabrda başlamağı planlaşdırdığını çox açıq bir şəkildə ortaya qoyub; Dekabrda bir daha faiz artırmaq ehtimalı masadadır. Yellenin bunları təkrar etmək, ya da fərqli bir şey təklif etmək üçün bir səbəbi olduğunu zənn etmirik",- analitiklər bildirirlər.

 

Zaman

Valyuta

                                            Hadisə

Proqnoz

Əvvəlki

                                                                   25 Avqust 2017

10:00

EUR

Almaniyada Ümumi Daxili Məhsul (ÜDM) (rüblük)

0,6%

0,6%

10:00

EUR

 Almaniyada Ümumi Daxili Məhsul (ÜDM) (İllik)

2,1%

2,1%

12:00

EUR

 Almaniya Ifo Biznes İqlimi İndeksi

115,5

116,0

12:00

EUR

 Almaniya Mövcud Qiymətləndirmə

125,0

125,4

12:00

EUR

 Almaniya Müəssisə Gözləntiləri

106,8

107,3

16:00

USD

 Jackson Hole Simozyumu

 

 

16:30

USD

 Baza Üzunömürlü Malların Sifarişləri (Aylıq)

0,4%

0,1%

16:30

USD

 Uzunömürlü (Dözümlü) Malların Sifarişləri (Aylıq)

-5,7%

6,4%

18:00

USD

 Fed Sədri Janet Yellenin Çıxışı

 

 

21:00

USD

 Baker Hughes Qazılan Quyu Sayı məlumatı

 

763

23:00

EUR

 Avropa Mərkəzi Bankının sədri(ECB) Mario Draghi-nin Çıxışı

 

 
25.08.2017 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ