Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Girov götürülmüş iri müəssisə satıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Girov götürülmüş iri müəssisə satıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı"na kredit borcu olduğuna görə, girov götürülmüş və “Aqrarkredit” tərəfindən hərraca çıxarılmış “Bakı Fındıq Emalı” zavodu (BakFEM) satılıb.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, artıq BakFEM barədə məlumat hərrac məqsədilə yaradılmış İnternet səhifəsində “satışda olan əmlaklar” bölməsindən çıxarılıb.

 

Müəssisəni, Beynəlxalq Bankın toksit aktivlərini iadrə edən "Aqrarkredit" İyul ayında  37 milyon 744 min manata hərraca çıxarmışdı. Elana görə, açıq hərrac 15 Avqust 2017-ci il tarixində keçiriləcəkdi. Lakin hərracın avqustun 21-də baş tutduğu bildirilir.

 

Qeyri-rəsmi məlumata görə, adı açıqlanmayan investor zavodu hərrac qiymətinə (37 milyon 744 nib manata) almağa razılaşıb.

 

 Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir.

 

Satış şərtlərinə görə, hərracı udmuş şəxs alış qiymətindəki məbləği sifarişçi təşkilatın hesabına köçürməlidir.

 

"Bakı Fındıq Emalı" müəssisəsi (“BakFem” MMC) 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanda fındıq emalı ilə məşğul olan ən iri müəssisələrdən biridir.

 

Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən müəssisənin  tərkibində 4 mərtəbəli ofis binası, fındıq çeşidləmə, fındıq pasta istehsalı, fındıq qovurması, qablaşdırma, anbar sahəsi və digər inzibati sahələr vardır.

 

“Bakfem”in mövsüm ərzində tam fındıq emalı üçün nəzərdə tutulmuş 1000 ton  istehsal gücünə malik, Türkiyə və Belçikada istehsal olunmuş istehsal xəttləri və avadanlıqları mövcuddur.  Müasir  avadanlıqlarla təchiz olunan sınaq laboratoriyası vasitəsi ilə  xammal və hazır məhsulun keyfiyyətinə nəzarət həyata keçirilir.  

 

Müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.

 

"BakFem"in direktoru işləmiş Azad Cavadov məhkəmədə bildirmişdi ki, müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb: "Kredit istehsalın genişlənməsinə sərf olunub, Beynəlxalq Bank da bu işə nəzarət edib.Burada heç bir mənimsəmə yoxdur. Müqaviləyə əsasən, borc ödənilməzsə, bütün hallarda müəssisə bankın girovluğunda idi. Zavod sonra "Aqrar Kredit" QSC-nin nəzarətinə keçib".

 

Bundan əvvəl, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini - "Fireland Vineyards" əmlak kompleksini satmışdı.

 

“Aqrarkredit” digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Binəqədi şosesindəki “BOT” ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində  “Mingəçevir İzolit”in əmlak kompleksi,  Şəki rayonunda “Kainat” əmlak kompleksi və“Şəki Kərpic” əmlak kompleksi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda “Qafqaz-Beton 2007” əmlak kompleksidir. 

25.08.2017 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ