Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya da Bitcoin işinə girir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya da Bitcoin işinə girir

Estoniyanın dövlət olaraq özlərinə aid bir virtual pul çıxarmaq üçün hazırlıq gördüyünü açıqlamasının əks-sədaları davam edərkən, Rusiya da bənzər planları olduğunu elan etdi. Rusiya, öz Bitcoinini çıxaracaq.


 
"Marja" xəbər verir ki, Rusiyanın Baş nazirinin Müavini İqor Şuvalov tərəfindən edilən açıqlamada, "Rusiya Blockchain texnologiyası ilə işləyəcək öz virtual pul vahidini dövrəyə buraxmağı planlaşdırır" deyib.

 

Şuvalovun verdiyi məlumatlara görə, Rusiya, öz virtual pul vahidini çıxarmaq üçün beynəlxalq səviyyədə fəal iş aparır və təhlükəsizlik məsələlərinin ən əvvəldən həll edilməsi məqsədi güdülür.


 
Şuvalov, virtual pul vahidlərinin milli iqtisadiyyatı daha riskli deyil, daha güclü etməsi lazım olduğunu vurğulayıb.
 
 
Qeyd edək ki, İnternet üzərindən e-vətəndaş sataraq dünyanın dörd bir yanındakı şəxslərə Avropa Birliyində (Aİ) şirkəti yaratmaq hüququ verən Estoniya da öz Bitcoinini çıxarmağa hazırlaşır.

25.08.2017 08:19

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ