İstanbula səyahət edən Azərbaycan turistlərinin sayı xeyli artıb
Bu ilin yanvar-iyul aylarında İstanbula səyahət edən azərbaycanlı turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% və ya 11 317 nəfər artaraq 115 010-a çatıb.
Bu barədə İstanbul Mədəniyyət və Turizm İdarəsi məlumat verib.
Qurumun yaydığı məlumatda qeyd olunub ki, İstanbulu ən çox ziyarət edən turistlər arasında Azərbaycan 13-cü sırada yer alıb.
İlk sıranı 539 min ziyarətçi ilə Almaniya, ikinci yeri 427 min turistlə İran, üçüncü yeri 294 min nəfərlə Səudiyyə Ərəbistanı tutub.
Statistik məlumatlara əsasən, hesabat dövründə Avropa və ABŞ-dan gələn turistlərin sayında azalma, Orta Şərq ölkələrindən gələn turistlərin sayında isə artım müşahidə olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 55 d. əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl